Bərdədə 6 yaşlı uşaq poliklinikada ölüb

Bərdədə 6 yaşlı uşaq poliklinikada ölüb
12:57 25 Sentyabr 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 25 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda 6 yaşlı uşaq xəstəxanada ölüb.
"Report"un məlumatına görə, hadisə rayon ərazisində yerləşən Uşaq poliklinikasında baş verib.
Belə ki, 2011-ci il təvəllüdlü Sənan Elvin oğlu Vəlizadə yüksək dərəcəli hərarətlə poliklinikaya çatdırılıb. 
Onun valideynləri uşağın ölümündə həkimləri ittiham edərək poliklinikadan şikayət ediblər. 
Poliklinikadan "Report"un yerli bürosuna bildirilib ki, uşağın ölümündə həkimləri günahı olmayıb: "Uşaq yüksək hərarətlə və ağır vəziyyətdə poliklinikaya gətərilib. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərilib, zəruri tibbi müdaxilələr edilib. Lakin, uşağın həyatını xilas etmək mümkün olm ayıb".
Uşağın ölümü ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-6-yasli-usaq-poliklinikada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR