Yeni Ayfon 8-də problem AŞKAR EDİLDİ

Yeni Ayfon 8-də problem AŞKAR EDİLDİ
20:28 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Ayfon 8 və 8 Plus smartfonlarının dünya üzrə satışları bu yaxınlarda başladı, amma istifadəçilər artıq onlarda xoşagəlməz xüsusiyyətlər aşkar ediblər.

Publika.az bildirir ki, Apple-ın yeni smartfonlarında Skayp işləmir. Bu barədə Phone Arena nəşri məlumat yayıb.

Belə ki, yeni Ayfonun bir çox sahibi bildiriblər ki, həmişə kifayət qədər sürətli işləyən proqram yeni smartfonda anlaşılmayan səbəbdən qəflətən “donur”. iOS-un təkrar işə salınması və devaysın yenidən yüklənməsi problemi həll etmir.

Qeyd etməyə dəyər ki, Microsoft-da problemdən artıq xəbərdardırlar və səhvin aradan qaldırılması üzərində işləyirlər. Hazırda səhv aradan qaldırılıb və yoxlamadan keçir.

Buna görə də, Ayfon 8 və 8 Plus sahibləri Skaypın yenilənməsini gözləməlidirlər.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/214597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR