Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub
Paylaş
183 baxış·1 dəq oxu
Bakı. 26 sentyabr. REPORT.AZ/ Papua-Yeni Qvineya sahillərində 6 maqnituda zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmətinin məlumatında bildirilir. Yeraltı təkanların ocağı yerin 5,7 km dərinliyində, episentri Taron şəhərindən 193 km aralıda qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.