Bakı. 26 sentyabr. REPORT.AZ/ Boliviya prezidenti Evo Morales amerikalı həmkarı Donald Trampı "Yer kürəsi və bəşəriyyət üçü ən pis təhlükə" adlandırıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Boliviya prezidenti bu barədə fikirlərini "Twitter"dəki mikrobloqunda yazıb.