Referendumun ilkin nəticələri açıqlandı

İraq mərkəzi hökumətinin, Türkiyə və İranın etirazlarına baxmayaraq, ötən gün Şimali İraq Kürd Muxtariyyəti müstəqilliklə bağlı referendum keçirdi.

Metbuat.az-ın məlumatına görə, səhər saat 07:00-dan axşam 20:00-a qədər davam edən seçkilərdə 5 milyon 200 min seçici səsvermədə iştirak edib. Bu isə seçkilərdə 78 faiz əhalinin səsverməsi demək idi. İlkin nəticələr saat 22:00-da müəyyən edilməyə başlayıb. Saat 23:30-da 285 min səs hesablanıb. Həmin saatda referenduma “hə” deyənlərin sayı 93,29 faiz idi. “Yox” deyənlərin səs faizi isə 6,71 idi. Sayılan səslərə görə, Ərbildə 86%, Ninovada 80%, Duhokda 90%, Kərkükdə 78%, Zahoda 94%, Süleymaniyyədə 67%, Revanduzda 90%, Çomanda 91%, Akredə 94%, Şeyhanda 90%, Tuzhurmatuda isə 67% əhali referenduma “hə” deyib.

Məlumata görə, səsvermə davam edən zamanda Kərkükün Tuzhurmatu bölgəsində peşmərgə əsgərlərinə hücum edilib. İddialara görə, türkmənlərdən ibarət “Asaib Ehlilhak” təşkilatına bağlı olan Haşdi Şabinin hücumu nəticəsində bir peşmərgə əsgəri ölüb, ikisi yaralanıb.

Günay Elşadqızı \ METBUAT.AZ

Vulkan püskürdü 60 minə yaxın insan təxliyə edildi - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR