Azərbaycan neftinin qiyməti 60 dolları ötüb."AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,39 dollar və ya 2,35% artaraq 60,51 dollar təşkil edib.

“Neftin qiymətinin son 10 gündə bahalaşmasında həm qitisadi, həm də siyasi təsirlər var”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib:

“Son 10 gündə Amerika Birləşmiş Ştatlarında yaşanan təbii fəlakətlər neftə təsirsiz ötüşmədi. Təqribən 40 minə yaxın işçi təxliyə olunduğu üçün bir çox bölgələrdə neft istehsalı dayandırıldı. Amerikada neft istehsalı birdən-birə 12% aşağı düşdü. Nəticədə bazarlara daha az neft çıxarılmağa başlanıldı. Təbiət hadisəsi neft qiymətlərinə də təsirsiz ötüşmədi.

İkinci səbəb...

Keçən həftənin 5-ci günü OPEC-in toplantısı oldu. Bu toplantıda qərar gəlindi ki, hasilatın azadılması təklifi 2018-ci ilin dekabrına qədər uzadılsın. Mart görüşündə qərarın qəbul olunmağı gözlənilir. Bu da bazarlara psixoloji təsir göstərdi. Amma son iki gündə neftə təsir edən siyasi amillər oldu. Şimali İraq adlanan bölgədə referendum qərarı verildi. Və dünən bu referendum baş tutdu. İraq dünyada ən çox neft hasil edən 5 ölkədən biridir. Kürdüstan adlanan bölgədə gündəlik hasilat təqribən 2.2 milyon barreldir. Onun təqribən 600-700 min barreli Türkiyə üzərindən dünya bazarlarına çaxarılırdı. Dünən Türkiyədən bəyanat oldu ki, referendum israrı davam etsə, neftin Türkiyə üzərindən dünya bazarlarına cıxmasına qadağa qoyulacaq. Bu da panika havası yaratdı və qiymətlər qalxdı. İkinci açıqlama isə axşam saatlarında gəldi. İraq mərkəzi höküməti Kərkük bölgəsinə qoşun yeritməyi və kərkük peşmərgələri oradan çıxarmaq haqda bəyanatla çıxış etdi. Bu da müharibə olması ehtimalını artırdı. Müharibə ehtimalı da neft qiymətlərinə təsir göstərdi. Hələ ki, neft qiymətlərinə təsirlər iqtisadi və fundamental deyil. Bir neçə gündən sonra bu təsirlər azaldıqca, neft qiymətlərində ucuzlaşma baş verə bilər. Sözügedən bölgədə müharibə və çatışma olmasa, neftin qiyməti yaxın bir neçə gündə öz normal vəziyyətinə düşəcək”.

Azərbaycanın İsraildən aldığı dəhşətli silahlar... - AÇIQLAMA - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ