Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin nəşinin Azərbaycana gətirilmə vaxtı məlum olub.
Metbuat.az-ın etibarlı mənbədən aldığı məlumata görə, Lütfi Zadənin nəşi Azərbaycana sentyabrın 29-u gecə saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gətiriləcək. Alimlə vida mərasimi sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.
Qeyd edək ki, dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.
Günay Elşadqızı \ METBUAT.AZ