“Report” “Novosti-Armenii”yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan sentyabrın 27-də Ermənistan parlamentindəki çıxışında bildirib.
“Hər iki tərəfin danışıqlar prosesinə fəal cəlb olunmasını təşviq edirik. Bu, bölgədə böyük iqtisadi dönüş və sabitliklə nəticələnə bilər”, - o, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində münaqişənin həllinə krallığın münasibətinə dair parlament üzvlərinin sualını cavablandırarkən vurğulayıb.