"Reort" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
"Böyük borcu olan kasıb ölkələrə yardım təşəbbüsü çərçivəsində Afrika ölkələrinin 20 milyard dollardan çox borcunu sildik", - V.Putin Qvineya prezidenti Alfa Konde ilə danışıqlardan sonra jurnalistlərə deyib.
Bundan başqa, Putinin sözlərinə görə, Rusiya 2016-cı ildə Ümumdünya Ərzaq Təşkilatının kanalları vasitəsilə Afrika ölkələrinə dəstək məqsədilə 5 milyon dollar ayırıb.