İran şirkətlərinin Şimali İraq Kürd Muxtariyyətilə neft və neft məhsulları sahəsində ticarət əlaqələri müvəqqəti qadağan edilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə İranın “Tansim” xəbər agentliyi məlumat yayıb.

Türkiyə ilə birgə referenduma ən sərt reaksiya verən ölkələrdən biri olan İranda səsvermədən sonra küçəyə çıxaraq bayram edənlər də saxlanılıb.

İran kəşfiyyatı və polislər ilk olaraq tədbiri təşkil edənləri tutub. Məlumata görə, ən azı 27 nəfər həbs olunub.

Günay Elşadqızı \ METBUAT.AZ

Azərbaycan turizmi ilə bağlı təqdimat - Dünya Turizm Konfransı / FOTO - OXUMAQ ÜÇÜN TIKLA