Pakistanın paytaxtı İslamabadda Dünya Turizm Konfransı 2017-yə qatılan Azərbaycanın Pakistandakı Səfirliyi ölkəmizin turizm imkanları ilə bağlı təqdimat keçirib.

Səfirlikdən Metbuat.az-a verilən məlumata görə, Pakistanın Kəşmir işləri və Gilgit-Baltistan üzrə federal naziri Məhəmməd Barcis Tahirin əsas qonaq qismində qatıldığı beynəlxalq konfransda bir çox ölkələrin səfirlikləri və turizm şirkətləri iştirak edib.

Səfirlər çıxışlarında əsasən, öz ölkələrinin tarixi abidələri, istirahət və əyləncə məkanları, təbii gözəllikləri ilə bağlı faktları diqqətə çatdırıblar. Konfransda çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə dünyanın tarixi-mədəni irs və təbii zənginlik, müasir gözəllik baxımından ən cəlbedici ölkələrindən olan Azərbaycan haqqında ətraflı məlumat verib. Səfir Azərbaycanın son illərdə turizm sahəsində çox önəmli islahatlar həyata keçirdiyini, Azərbaycan Prezidentinin müvafiq fərmanı əsasında tətbiq olunan “ASAN Viza”-sadələşdirilmiş elektron viza sistemi ilə ölkəyə səyahətin xeyli asanlaşdığını bildirib.

Konfrasda Azərbaycanın turizm potensialına, tarixi-mədəni abidələrinə, eləcə də istirahət məkanlarına dair nümayiş etdirilən video çarx geniş maraqla qarşılanıb, iştirakçılara Azərbaycanın turizminə aid əyani təbliğat materialları paylanıb.

Günay Elşadqızı \ METBUAT.AZ

Rusiya və Şimali Koreya arasında kritik görüş - Moskva - OXUMAQ ÜÇÜN TIKLA