ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı zamanı silahlı hücum nəticəsində 2 nəfər ölüb.
Metbuat.az-ın məlumatına görə, ərazidəki xəstəxanadan bildirilib ki, silahlı hücum nəticəsində 24 nəfər yaralanıb. Hadisə zamanı yüzlərlə adam qorxu içərisində ərazidən qaçıb.
Hadisəni törədən şəxs və ya şəxslərin tutulması üçün əməliyyat keçirilir. Bu səbəbdən, Las-Veqasdakı McCarran Beynəlxalq Hava Limanı uçuşları dayandırıb.
***
ABŞ-ın Las-Veqas şəhərində silah səsləri eşidilib.
Metbuat.az-ın məlumatına görə, polis “Mandalay Bay Casino” yaxınlığında atəş səsinin eşidilməyi ilə bağlı xəbərdarlıq aldığını bildirib. Silahlı hücumun konsert zamanı baş verdiyi və çoxlu sayda ölü və yaralı olduğu bildirilir.
Hadisə ilə bağlı hələ ki, ətraflı məlumat verilmir.
Günay Elşadqızı \ METBUAT.AZ
“London, İspaniyadakı hadisələrdən narahatdır” - Baş nazir - OXUMAQ ÜÇÜN TIKLA |