Hindistanın estrada ulduzu Alişa Çinay Bakıya gələcək.

Metbuat.az xəbər verir ki, müğənni noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək “Bollywood Night” bayramında konsert proqramı ilə çıxış edəcək. Konsert Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) dəstəyi ilə “Full House Entertainment” tərəfindən təşkil edilib.

A.Çinayı “Hind Madonnası”, Hindistanda estrada musiqisinin qanunvericisi adlandırırlar. O, hind musiqi mədəniyyətinə dəyişikliklər etmiş ilk ifaçılardan biri olub. Məşhur hind filmlərində sevilən əksər mahnıları Çinay ifa edir.

Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, “Disko rəqqası”, “Oyna-oyna”, “Cənab Hindistan” və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

Azər Zahid həyat yoldaşı ilə FOTOSUNU paylaşdı - Və bu sözləri yazdı... - Oxumaq üçün tıkla