“Maşın” realiti şounun "15-ci sürət"inin başlaması münasibətiylə metbuat konfransı keçirilib.
Metbuat.az xəbər verir ki, konfransda “Maşın” realiti şounun “XANIMLAR VS CƏNABLAR” adlı yeni buraxılışı 8 Oktyabr saat 22:15-də ATV kanalında başlayacaq. Şounun yayımı 18 gün nəzərdə tutulub. Buraxılışlar hər zaman olduğu kimi canlı yayımlanacaq və qalib adı uğrunda yenə 18 iştirakçı mübarizə aparacaq.
Artıq 12 ildir ki, şounun aparıcısı MGP şirkətinin yaradıcısı və Azərbaycan Respublikasının Əməkdar artisti Murad Dadaşovdur.
Maşın şounun bu dəfəki qalibi hələ satışa buraxılmayan 2017 –ci ilin avtomobili “Nissan Altima” qazanacaq.