Gündəlik qidada küncütdən istifadə orqanizmi möhkəmləndirir və cavanlaşdırır.
Qədim Hindistanda küncüt daim cavan qalmanın və ölümsüzlüyün simvolu olub. Müasir tibbdə küncüt cavanlaşdırıcı, E vitamini və kalsiumlu qida kimi istifadə olunur. Qidada 100 qr küncütdən istifadə orqanizmin gündəlik kalsium tələbatını ödəmiş olur. Həmçinin, küncütün tərkibindəki sink və fosfor sümük bərpası üçün önəmlidir. Küncüt qadınlara isidici təsir edir. Qan-damar sisteminə çox kömək edir. Yuxarı tənəffüs orqanlarındakı xəstəliklərin müalicəsində yaxşı təsir göstərir. Yuxarı tənəffüs problemi yaşayanlara 1ay gündə 1 çay qaşığı küncüt yemələri məsləhətdir. Küncüt həmçinin mastopatiya riskini azaldır. Qadınlar bunu da bilməlidirlər ki, küncüt qan durulducudur, mens dönəmində istifadə qanı gücləndirə bilər. Hamilə xanımlara küncütdən davamlı istifadə etmək məsləhət deyil. Ancaq ayda 3 -4 gün kalsiumun artması üçün istifadə edə bilərlər.
Küncüt dərini gözəlləşdirir, dırnaqları, saçları bərkidir. Küncüt toxumu həmçinin gücü bərpa edir, mədə-bağırsağı, qaraciyəri təmizləyir, damağı möhkəmləndirir, əzələlərin elastikliyini artırır.
Gəlin diqqət edək görək küncütü necə istifadə etsək daha xeyirli olar.
Küncüt südünün hazırlanma videosunu sizə təqdim edirik.
Sizi 15 günə qarın piylərindən 4 kq xilas edəcək -
RESEPT-VİDEO- Oxumaq üçün tıkla |