Putindən hücum SİFARİŞİ, Ərdoğanın tək ŞƏRTİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
193 baxış·5 dəq oxu
ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endrü
Şofer Dağlıq Qarabağa səfər edib. Ermənistan parlamenti
Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda
razılaşmanı təsdiq edib. Neçə illərdir dünya gündəminin əsas
mövzularından birinə çevrilən İŞİD terror qruplaşmasının yaranması
ilə bağlı daha bir fakt ortaya çıxıb. ABŞ Senatı 2016-cı ildə
ölkədə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyini
təsdiqləyib. Səudiyyə Ərəbistanı kralı ilə Rusiya prezidenti Putin
arasında görüş keçirilib.
ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endrü
Şofer Dağlıq Qarabağa səfər edib. Həmsədr Xankəndidə
Dağlıq Qarabağ separatçı rejiminin başçısı Bako Saakyanla
görüşüb.
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da İrəvanda,
oktyabrın 7-də isə Bakıda rəsmi görüşlər keçirəcəklər. Səfərin
gedişatında vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin
planlaşdırılan qarşıdakı görüşün gündəliyini müzakirə
edəcəklər.
Sentyabrın 17-də Ermənistana səfər edən ABŞ
Konqresinin Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə
heyəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərdən
imtina ediblər. Bu faktı “aysor” qəzeti indi gündəmə
gətirib.
ABŞ nümayəndələrindən İrəvanda GÖZLƏNİLMƏZ ADDIM: ermənilərə Qarabağ ZƏRBƏSİ
Dünən Ermənistan parlamenti Rusiya-Ermənistan vahid
qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı müzakirəyə
çıxartdı. Əsas məruzəçi kimi çıxış edən Ermənistan
müdafiə nazirinin müavini Artak Zaxaryan etiraf etdi ki, onlar öz
sərhədlərinin toxunulmazlığını təmin etmək gücündə deyil.
“Ermənistan öz sərhədlərini qorumaq gücündə deyil, lakin
silahlandırma və vahid qoşun qruplaşması bunu təmin edə bilər”, -
deyə o bildirib.
Parlamentin vitse-spikeri Eduard Şarmazanov da qeyd edib ki,
“Ermənistan tam ölçüdə öz müdafiəsini təmin etmək vəziyyətdə deyil.
Biz hansısa hərbi blokda olmalıyıq, buna görə də Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdik. Çünki Türkiyəyə qarşı
yeganə alternativimiz bu blokdur”.
Müzakirələrin sonunda isə parlament Rusiya-Ermənistan vahid
qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı ratifikasiya
edib.
“Biz özümüzü müdafiə edə bilmirik” - İrəvan erməni ordusunu Putinin ƏMRİNƏ VERDİ
Türkiyənin Muğla vilayətinin Köyceğiz mahalında PKK
terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı
qarşıdurma baş verib. Nəticədə 7 terrorçudan 5-i
öldürülüb, digərlərinin zərərsizləşdirilməsi üçün əməliyyat
başlanıb.
“İlk dəfə bəyan edirik!” – Ankara şok PLANI AÇIQLADI - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran
səfərindən qayıdarkən jurnalistlərin suallarını
cavablandırıb. Prezident ölkəsinin Şimali İraq kürd
muxtariyyətində keçirilən referendumla bağlı mövqeyini
açıqlayıb.
Prezident Ərdoğan bildirb ki, kürd muxtariyyəti qarşısında
Ankaranın tək şərti var:
“Referendumun nəticələri ləğv olunmalıdır. Şərtləri və vəziyyəti
tamamilə fərqli olan Kosovaya baxın. Hazırda 114 ölkənin
tanınmasına baxmayaraq, hələ də “dövlətəm” deyə bilmir. Halbuki,
Kosovanı tanıyan ilk ölkə ABŞ, ikincisi isə saniyə fərqi ilə
Türkiyə oldu. Ərbilin hərəkətini isə İsraildən başqa heç kim
dəstəkləmir. Buna görə də referendumun nəticələri ləğv edilməlidir,
başqa çarələri yoxdur. Əks halda, lazımı addımlar atacağıq”.
Neçə illərdir dünya gündəminin əsas mövzularından
birinə çevrilən İŞİD terror qruplaşmasının yaranması ilə bağlı daha
bir fakt ortaya çıxıb. Türkiyənin “Yeni Şəfəq” nəşri
xəbər verir ki, altında ABŞ kəşfiyyatının imzası olan 2001-ci il
tarixli bir sənədə görə, İŞİD-in nüvə strukturu olan “Tövhid və
Cihad” təşkilatı ABŞ və İsrailin kəşfiyyat qurumları - CİA və
MOSSAD-ın əməkdaşlığı ilə qurulub.
İraq kəşfiyyatı tərəfindən 18 sentyabr 2001-ci ildə hazırlanan
sənədə görə, Suriyada PYD-nin, İraqda isə Məsud Bərzaninin pirat
dövlət qurması üçün zəmin hazırlayan “Tövhid və Cihad”ın qurulması
prosesini Bərzani də dəstəkləyib.
Səddamın katibi də imzalamışdı: 2001-ci il tarixli şok sənəd ORTAYA ÇIXDI
Bu gün Səudiyyə Ərəbistanı kralı Salman ibn
Əbdüləziz əl-Səudla Rusiya prezidenti Vladimir Putin arasında görüş
keçirilib. Kremlin Andreyevski zalında keçirilən
görüş öncəsi Vladimir Putin Səudiyyə Ərəbistanı kralının səfərinin
ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini söyləyib.
Putin dəvəti qəbul etdiyinə görə krala təşəkkür edib.
“Bu, bizim münasibətlərimizin tarixində Səudiyyə Ərəbistanının
kralının Rusiyaya birinci səfəridir. İki ölkənin münasibətləri
böyük tarixə malikdir”, - Rusiya prezidenti deyib.
Kreml başçısı xatırladıb ki, 1926-cı ildə krallığını
müstəqilliyini tanıyan ilk dövlət Sovet İttifaqı olub.
Krallığın Hərbi-Sənaye Kompleksi ilə
“Rosoboroneksport” arasında Səudiyyə Ərəbistanında hərbi təyinatlı
məhsulların istehsalını nəzərdə tutan razılaşma da
imzalanıb. Rusiya Səudiyyə Ərəbistanına “Kalaşnikov
A-103” avtomat silahının və müxtəlif təyinatlı güllələrin istehsalı
üçün lisenziya da verəcək.
BMT Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb
koalisiyasını Yəməndəki insan haqlarını pozanlarla bağlı tərtib
etdiyi qara siyahıya salıb. Təşkilat koalisiyanın
fəaliyyəti nəticəsində Yəməndə keçən il 683 uşağın öldüyünü
bildirib. Üstəlik, koalisiyanın bombardmanı ucbatından 38 xəstəxana
və məktəb dağılıb.
Qeyd edək ki, koalisiyanın bu siyahıya əlavə edilməsi məsələsi
uzun müddətdir BMT-nin gündəmində yer almışdı. Keçən il koalisiyanı
buraya əlavə etmələrinə baxmayaraq, sonradan bu qərar ləğv
edilmişdi.
ABŞ Senatı 2016-cı ildə ölkədə keçirilən prezident
seçkilərinə Rusiyanın müdaxilə etdiyini təsdiqləyib.
Bu haqda Senatın kəşfiyyat üzrə komitəsinin başçısı Riçard Burr
məlumat verib.
Onun sözlərinə görə, bununla da Rusiyanın 2016-cı ildə ABŞ-da
seçkilərə müdaxilə etdiyi barədə Amerika kəşfiyyatının tədqiqatını
təsdiqlənmiş olub.
Senat da təsdiqlədi: hücumu şəxsən Putin SİFARİŞ VERİB
Las-Veqasda 59 nəfəri öldürən, 200-dən çox insanı
yaralayan Stefan Paddok haqda yeni detallar ortaya
çıxıb. Türkiyəli yazar Taha Dağlı qətliamla bağlı
maraqlı araşdırma aparıb.
Stefanın İŞİD-lə bağlantısı olduğu iddia edilsə də, sonradan bu,
təkzib edildi. ABŞ mediası və polisi israrla bu şəxsin psixoloji
problemlərinin olduğunu deyir. 64 yaşında olan və bu yaşa qədər heç
bir cinayət törətməyən, hətta yol qaydalarını belə pozmayan
Stefanın belə bir qətliam törətməsinin sirri nədir?
Dərin dövlət Trampa QARŞI: Las-Veqas qətliamını törədən Stefanın SİRRİ AÇILDI
Şimali Koreyanın Seul və Tokio şəhərlərinə mümkün
nüvə zərbəsindən sonra 2 milyondan çox insanın həlak olacağı
bildirilir. Belə qənaətə Koreya Xalq Demokratik
Respublikasının vəziyyətini daim analiz edərək ixtisaslaşmış “38
North” təşkilatı gəlib.
Şimali Koreyadan NÜVƏ TƏHLÜKƏSİ: 2 milyon insan öləcək, 7.7 milyon şikəst qalacaq