Apple markalı telefonlardan Bolqarıstanın Milli himni axtarışa verildikdə Puerto Rikolu musiqiçi Luis Fonsinin son dönəmlərdə hitə çevrilən "Despacito" mahnısı çıxır.

Publika.az xəbər verir ki, bu məsələ "Reddit" istifadəçiləri tərəfindən gündəmə gəlib.

1964-cü ildən bu günə kimi Bolqarıstanın himni "Milaya Rodino" ("Sevimli vətən") mahnısıdır. Lakin hazırda bir çox axtarış sistemlərindən Bolqarıstanın himni axtarışa verildikdə Luis Fonsinin "Despacito" mahnısı çıxır.

Könül Cəfərli