Bu günə qədər peşəkar səhnədən uzaq olan, çobanlıqla məşğul olan azərbaycanlı Pərvin Səfərov “O səs Türkiyə” yarışamasına dəvət alıb.

Metbuat.az xəbər verir ki, o, çobanlıq edərkən oxuduğu mahnı ilə sosial şəbəkə fenomeninə çevrilmişdi. Bundan sonra izləyicilər sözügedən yarışmanın Tviter səhifəsinə onun müsabiqəyə dəvət olunması ilə bağlı çoxsaylı müraciət ünvanlamışdılar. P.Səfərov yarışmada münsifləri də heyrətləndirə bilib. O, ölməz sənətkar Rəşid Behbudovun “Nazəndə sevgilim” mahnısını oxuyub.

Həmin anları sizə təqdim edirik:

Azərbaycanlı məşhurların hamiləlik - FOTOLARI - Oxumaq üçün tıkla