Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la yaranan viza qalmaqalına görə Vaşinqtonu günahlandırıb.
Metbuat.az-ın məlumatına görə, Belqradda serbiyalı həmkarı Aleksandr Vuçiçlə təşkil olunan birgə mətbuat konfransında o bildirib ki, Birləşmiş Ştatlar rəsmilərinin bu barədə türkiyəli həmkarlarıyla müzakirə aparmaması üzücüdür.
Ərdoğan deyib ki, gərginliyi ABŞ başladıb.
Ərdoğan amerikalı səfir Con Bassın Vaşinqton adından danışmasına da münasibət bildirib. Onun sözlərinə görə, Ankara səfiri ABŞ-ın nümayəndəsi kimi tanımır.
Sübhan / METBUAT.az