İŞİD-dan ət qadağası

İŞİD-dan ət qadağası
12:06 9 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçularından daha bir qadağa. Bu dəfə onlar idxal edilən ətin satışına yasaq qoyublar. ANS PRESS-in məlumatına görə, bunu Mosulun Başika qəsəbəsində xidmət edən polis rəisi Eyad Tasi bu barədə açıqlama verib.

Onun sözlərinə görə, terrorçular idxal edilən ətin Mosulda satışına icazə vermirlər. Bu isə ətin qiymətinin çox artmasına və təlabatın ödənilməsində çətinliklərə səbəb olub.

"Onlar qadınlara da küçəyə tamamilə örtünmədən çıxmağı da yasaq ediblər. Əlimizdə olan məlumata görə, bu istiqamətdə ciddi tədbirlər görülüb. Bağlanmadan çölə çıxan qadınlar cinayət işləmiş hesab ediləcəklər".

Xatırladaq ki, İraqın ikinci ən böyük şəhəri olan Mosul ötən ilin iyun ayınından terrorçuların nəzarətindədir.

Elektrik və içməli suyun çatışmadığı şəhərdə qida ilə bağlı da problemlər var. Məhsullar iki üç dəfə baha satılır. Xalq tibbi ləvazimat, həkim çatışmazlığına görə, səhiyyə xidmətlərindən də yararlana bilmir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR