"Subasma təhlükəsi olmayacaq"

“Bu il payız-qış mövsümü ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) kompleks şəkildə hazırlıq işləri görüb”.

Bunu Metbuat.az-a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib:

“Bu mövsümdə ən çox problemlər yağış-kanalizasiya sistemləri ilə bağlı olur. Problemləri minimuma endirmək üçün hazırlıqlarımızı davam etdiririk. Yağış yağanda suyun normal axması üçün yağış barmaqlılar təmizlənir, kanalizasiya xətləri, quyular nəzarətdən keçirilir.

Anar Cəbrayıllı əlavə edib ki, yağış suları ilə bağlı nəzərdə tutulan 13 layihədən 6-da artıq işlər yekunlaşıb. Bu layihələrin icrası sayəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmasının qarşısı alınacaq.

Aysel Yaqubqızı / Metbuat.az

https://metbuat.az/news/804268/hava-buludlu-olacaq-yagis-yagacaq.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR