Festivalın "Ən yaxşı akytor" nominasiyasının qalibi Qorqud Cəfər, "Ən yaxşı aktrisa" nominasiyasının qalibi isə Naxçıvan Dövlət Universitetinin Tələbə-gənclər studiyasını təmsil edən Nurbəniz Niftəliyeva olub. Həvəsləndirici mükafatı festivalın ən gənc rejissoru - 15 yaşlı Ayla Qasımzadə "Görünməz adam" tamaşası ilə qazanıb. "Ən yaxşı ssenari" nominasiyası üzrə "Nurəngiz Gün adına Ədəbi Mükafatın"sahibi Elçin Aslangil olub. Qaliblərə kubok, fəxri diplom, pul mükafatı təqdim olunub. Sonda səhnə gənclərin ixtiyarına verilib. İştirakçılar alqış sədaları altında reper Dassen Ayazın xüsusi olaraq, festivala himn kimi yazdığı “Narkostop” mahnısı səsləndirib.
Qeyd edək ki, festival Millət vəkili Jalə Əliyevanın rəhbərliyi ilə keçirilib.