Gicitkən demək olar ki, hər xəstəlikdən şəfa tapmaq üçün möcüzəvi bir bitkidir. Müxtəlif xəstəliklərin təsiri ilə yaranan şiddətli baş ağrılarında faydalıdır. Qanı təmizləməklə orqanizmi ekzema və bəzi göbələk xəstəliklərinə qarşı qoruyur. Sızanaqları aradan qaldırır.
Publika.az deyerler.org-a istinadən bildirir ki, qanı təmizləyən xüsusiyyəti ilə yanaşı, qan artırmaq xüsusiyyətinə malikdir. Buna görə, sarılıq, qanazlığı və ağır qan xəstəliklərində faydalı olur.
Qanda şəkərin səviyyəsini salmağa kömək edir. Böyrək daşlarına
qarşı da yaxşı təsir göstərir. Gicitkən çayı qəbizliyə qarşı kömək
edir. Eyni zamanda, gümrahlıq və enerji bəxş edir. Qrip və
soyuqdəyməyə qarşı qoruyucu olaraq istifadə edilir. Mədə və öd
kisəsi xəstəliklərinə qarşı yaxşı təsir göstərir.
Revmatizm xəstələrinə gicitkən duşları müsbət təsir edir. Gicitkən
çayı ilə saçlar yuyulduqda, onlar canlanır və parlaq olur. Kəpəyi
əngəlləyir. Ağciyər xərçənginə qarşı mübarizə aparır. Sulu gözləri
rahatlaşdırır. Toxumları immuniteti gücləndirir. Təzyiqsalıcı
təsiri vardır. Qarqarası nəfəsi təmizləyir. Dəri təmizliyində
faydalıdır.