Xalq artisti illər əvvəl oxuduğu "Yalandı dünya" mahnısının rok ifaçısı Qara Dərvişlə duet formasında səsləndirdiyi yeni versiyasının təqdimatını keçirib.
Metbuat.az xəbər verir ki, təqdimata 1 saat gecikən N.Qasımova 16 illik yalandan danışıb:
“16 il yalanla yaşayan insan, o yalana alışır. Biri var dünyanın yalanlarının içində yaşayasan, biri var özün yalanların içində qalasan, biri də var səni yalanların içində boğalar. İnsan bu yalanların içində özünü tənzimləyə bilirsə, bütün istək və arzularını boğa bilirsə, onda 116 il də yalanla yaşamaq olar”.
Emil Bədəlov Röya Ayxanla duet oxuyacaq - Yeni layihə - Oxumaq üçün tıkla |