"Qarabağ" Azərbaycan Premyer Liqasında 400-cü qələbəsini qazanıb

"Qarabağ" Azərbaycan Premyer Liqasında 400-cü qələbəsini qazanıb
12:42 16 Oktyabr 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Qarabağ” futbol komandası Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb. “Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna Azərbaycan Premyer Liqasının VIII turunun “İnter”lə görüşündə nail olub.
Səfərdə 2:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə birinciliklərində 400-cü qələbəsini bayram edib. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalıb, Azərbaycanda ikinci olan “Qarabağ” yubileyi 728-ci matçında yaşayıb. Bu isə komandanın keçirdiyi oyunların təxminən 55 faizində qalib gəldiyi deməkdir. Bütün ölkə çempionatlarının iştirakçısı 400 qələbədən 243-nü evdə, 154-nü səfərdə, 3-nü neytral meydanda əldə edib.
“Zirə” komandası isə startdakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. Qəsəbə klubu Premyer Liqanın VIII turunun ev oyununda “Kəpəz”i 3 cavabsız qolla məğlub edib. Bu, zirəlilərin tarixində ən uğurlu startdır.
5 qələbə qazanıb, 3 heç-heçə edən Ayxan Abbasovun baş məşqçi olduğu komanda 2015/2016 mövsümündəki rekordunu yeniləyib. Həmin vaxt Premyer Liqanın debütantı ardıcıl 7 oyunda uduzmamışdı. Bakılılar VIII turu məğlubiyyətsiz keçməklə 2 il əvvəlki nəticəni arxada qoyub.
Qeyd edək ki, “Qarabağ” hazırda 19 xalla 1-ci, “Zirə” isə 18 xalla 2-ci pillədədir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-azerbaycan-premyer-liqasinda-400-cu-qelebesini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR