Türkiyəli müğənni-aparıcı Hülya Avşarın verilişində "Kişilər qadınlarını hiss etdirmədən aldatsın" ismarışına etiraz edənlərdən biri də keçmiş model Deniz Akkaya olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Akkaya Avşarı "cahil qadın" adlandırıb:

"Biabırçılıq. Bu qadının savadsızlığı haqda heç danışmaq lazım deyil".

Xatırladaq ki, Hülya verilişində "Kişilər arada-bir xanımlarına hiss etdirmədən xəyanət etsələr, ailə axıradək davam edər" demişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində