Karib dənizində Haitidən olan miqrantları daşıyan qayıq qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qayığın aşması nəticəsində 40-dan çox adam itkin düşüb.

Hadisə zamanı qayıqda 50-yə yaxın miqrantın olduğu bildirilir.

Son məlumata görə, hələlik 7 nəfəri xilas etmək mümkün olub. Onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Hazırda dənizdə qərq olanların axtarışları davam edir.

Milli.Az