Bərdədə qohumlar arasında dava olub: xəsarət alan var

Bərdədə qohumlar arasında dava olub: xəsarət alan var
08:22 17 Oktyabr 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda qohumlar arasında qanlı hadisə ilə nəticələnən mübahisə olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Kətəlparaq kəndində qeydə alınıb.
Kənd sakini Bayramov Həsən Elşad oğlu yeznəsi ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Dava zamanı H. Bayramov başından agır xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktla bağlı Bərdə Rayon Polis Bölməsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/590882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR