İraqdakı müharibənin əsl səbəbi ortaya çıxdı

İraqdakı müharibənin əsl səbəbi ortaya çıxdı
10:03 17 Oktyabr 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ istəsəydi, Bağdad və Ərbildəki müttəfiqlərini birbaşa olaraq qarşıdurmadan uzaq saxlaya bilərdi”.

Publika.az xəbər verir ki, bu sözləri rusiyalı mütəxəssis Dmitri Yeqorçenkov İraq federal ordusunun Kərkük əməliyyatlarını şərh edərkən deyib.

O, ABŞ-ın Bağdad və Ərbildəki məsləhətçilərinin hərbi məsələdən çox, siyasi məsələdə təsiri olduğunu iddia edib:

“Təbii ki, əgər bu qarşıdurma onların seçimi deyilsə. Çünki Suriyadakı vəziyyət yavaş-yavaş da olsa, öz yoluna düşür. ABŞ-ın isə bölgə üzərində nəzarətinə ehtiyacı var. O da bu nəzarəti kürd problemi ətrafında yaratmağa başlayacaq. Suriyada bacarmadılar, indi də İraqda xaos yaratmağa çalışırlar”.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR