ADIF qiymətləndirici axtarır

ADIF qiymətləndirici axtarır
15:42 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu bankların daşınan və daşınmaz əmlakları üzrə qiymətləndirmə xidmətinin  satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.
Bu barədə “Report” Fonda istinadən xəbər verir.
Məlumata görə, kotirovka təklifləri oktyabrın 31-nə qədər ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı ofisində qəbul olunur. Əlaqələndirici şəxs Mahirə İsmayılovadır (tel.: (055) 409-92-02).
Zərflər noyabrın 1-də, saat 11:00-da qeyd olunan ünvanda açılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adif-qiymetlendirici-axtarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR