DÇ-2018: Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb

DÇ-2018: Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb
16:12 17 Oktyabr 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyul. REPORT.AZ/ 2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunmuş tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb.
Püşkatma nəticəsində onlar 4 cütə bölünüblər:
Şimali İrlandiya - İsveçrə
Xorvatiya - Yunanıstan
Danimarka - İrlandiya
İsveç - İtaliya
İlk oyunlar 9 - 11 noyabrda, cavab görüşləri 12 - 14 noyabrda keçiriləcək.
İndiyədək dünya çempionatına 22 ölkə yığması vəsiqə qazanıb:
Avropa: İngiltərə, Belçika, İslandiya, İspaniya, Almaniya, Polşa, Serbiya, Fransa
Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Uruqvay
Şimali Amerika: Kosta Rika, Meksika, Panama
Asiya: İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya
Afrika: Nigeriya, Misir
Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq.  

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/dc-2018-avropa-zonasi-uzre-pley-off-merhelesinin-pusku-atilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR