"Güzəştli kreditlərlə bağlı kifayət qədər vəsait var"

Hazırda sahibkarlara verilən güzəştli kreditlərin tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. İlin sonuna qədər kreditləşmənin tam həcmdə təmin edilməsi nəzərdə tutulur.

Bu barədə Metbuat.az-a açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, sahibkarların güzəştli kreditlərlə təmin edilməsi ilə bağlı Dövlət büdcəsindən 2017-ci ildə vəsait ayrılıb:

“Orada məbləğlə bağlı heç bir problem yoxdur. Kifayət qədər kredit vermək imkanı var. Hər ay faktiki olaraq kreditlər verilir və müəyyən işlər görülür. Əsas kreditlər qeyri-neft sektorunun inkişafı üçün istifadə edilir. Çünki Cənab Prezidentin göstərişinə uyğun olaraq, Strateji Yol Xəritəsinə əsasən, o kreditlər qeyri-neft sektoru üçün istifadə edilir. Hazırda bununla bağlı kifayət qədər vəsait var”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi - DİQQƏT! – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR