Kərkükün işğaldan azad olunması əməliyyatının
arxasındakı daha bir sirr ortaya çıxıb.
Publika.az xəbər verir ki, İngiltərənin “The İndipendent”
nəşri Məsud Bərzaninin Kürdüstan Demokratik Partiyası (KDP) ilə
Tələbaninin Kürdüstan Yurdsevərlər Birliyi (KYB) arasında Kərkük
əməliyyatından öncə geri çəkilmək haqda razılığın olduğunu
yazıb.
“Kürdlər uzun müddətdir mübahisəli ərazilərdən çəkilməsi ilə 40
faiz ərazi itirdi. Bazar günü kürdlərin iki əsas partiyası olan KDP
və KYB toplantı keçirərək, geri çəkilməkdən başqa yollarının
qalmadığı haqda qərar qəbul etdilər”, - deyə nəşr qeyd edib.
Qeyd edək ki, İraq ordusunun Kərkük əməliyyatı zamanı peşmərgə
gücləri iki hissəyə bölündü və Tələbaninin tərəfdarları geri
çəkildi. İddialara görə, Tələbani tərəfdarları İrana qarşı Haşdi
Şabi gücləri ilə gizli anlaşma imzaladıqları üçün bu addımı
atıb.
Asif