“Efirlərə çıxmıram və ehtiyac da duymuram” - Çingiz Mustafayev - VİDEO - FOTO

“Efirlərə çıxmıram və ehtiyac da duymuram” - Çingiz Mustafayev - VİDEO - FOTO
15:37 19 Oktyabr 2017
57 Şou
Ölkə mətbuatı
A- A+

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Çingiz Mustafayev olub.

Milli.Az xəbər verir ki, ilk olaraq, müğənni söz və musiqisi özünə aid olan yeni mahnısından söz açaraq, sevgiyə tamam fərqli bir pəncərədən baxdığını söyləyib:

"Normalda sevgi mahnıları ölürəm, darıxıram, sənsiz yaşaya bilmirəm kimi cümlələrdən ibarət olur. Yeni mahnımda isə mən sevdiyimə baxıb yorulmamaqdan, ruhumu qidalandırmaqdan, ətrindən doymamaqdan bəhs edirəm. Burada ayrılıq, ağır bir mövzu yoxdur. Mahnı yazanda hisslər çox vacibdir. Hisslər olmadan ilham gəlmir. Bununla yanaşı, fantaziya da çox önəmlidir. Yesenin deyir ki, insan bir dəfə sevir, sonra isə ona oxşarlarını axtarır. İnsanlar müxtəlifdir. Adam var ki, həyatında on dəfə sevib. Adam var ki, ömründə bir dəfə sevir, ikinciyə ehtiyac duymur".

Son dövrlərdə üzdə olmayan müğənni bununun səbəbini belə açıqlayıb:

"Bu, mənim seçimimdir. Karyeramın cürbəcür pillələrində olmuşam. Çox populyar vaxtlar olub. Şəhərdə gəzmək olmurdu. Eynək və papaq belə kömək etmirdi. Bu gün mən belə istəyirəm. Üç aydır efirlərə çıxmıram. Ehtiyac da duymuram. İnsan böyüdükcə müdrikləşir, ağıllanır. Elə verilişlər var ki, mən o verilişlərdən sonra özümü pis hiss edirəm. Həmin verilişlərdən sonra özüm öz gözümdən düşməyə başlayıram. Elə qonaqlarla çağırırlar ki, yaxud aparıcı elə suallar verir ki, mən bunu lazımsız hiss etməyə başladım".

Daha sonra Çingiz evlənməməsinin səbəbini də açıqlayıb:

"İnsanlar xoşbəxt olmaq üçün evlənir. Əksər hallarda əksi də olur, bədbəxt olurlar, ayrılırlar. Mən evlənəcəmsə, xoşbəxt olmaq üçün evlənəcəm. Əgər mənim azadlığım gedirsə, rahatlığım gedirsə, o zaman evlənməyin heç bir mənası yoxdur. Ona görə ailə və öz həyatım öz yerində".

Müğənninin çata biləcəyi ən yüksək məqamın toy olduğunu söyləyən ifaçı, bunun onun üçün maraqlı olmadığını və sevdiyi iş kimi qəbul etmədiyini dilə gətirib:

"Azərbaycanda bir ifaçının zirvə nöqtəsi toydur. Mən artıq bir şeylə barışdım ki, o arzular, hələ ki, real deyil. Ola bilsin ki, harasa köçüb gedərəm, bəlkə, orada reallaşar. Toya 50 minə də, 100 minə də, 1 milyona da getsəm, yenə maraqsızdır. Çünki toy sevdiyim iş deyil".

Çingiz Mustafayev sevimli heyvanı olan itindən də bəhs edib:

"Mənim ən sevdiyim itdir, Labrador iti. Əsəbi olmayan, hətta gecələr uşağın üstünü belə örtən bir itdir. Oğru girir önünə ayaqqabı gətirir. İşləməklə arası yoxdur, uşaqları çox sevir".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Efirlərə çıxmıram və ehtiyac da duymuram" - Çingiz Mustafayev


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/591777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR