Türkiyədən Azərbaycan aviaşirkətinə qadağa -

Türkiyə Milli Təhlükəsizlik Şurasında qəbul olunan qərar əsasında Şimali İraq ərazisinə tətbiq olunacaq uçuş qadağası üçün Azərbaycana xəbərdarlıq sənədi göndərib.

Metbuat.az-ın məlumatına görə, sənəddə qeyd olunub ki, humanitar yardım, təcili tibbi yardım və təcili uçuşlar istisna olmaqla, ORSU (Süleymaniyyə) və ORER (Ərbil) Hava Limanlarına gedən və gələn bütün təyyarə şirkətlərinin ikinci qərara qədər Türkiyə hava məkanından istifadə etmələri qadağandır. Qeyd edək ki, qadağa Türkiyənin hava məkanından istifadə edən 9 xarici hava yolu şirkətinə tətbiq edilib.

Qadağa kürd muxtariyyətinin təşkil etdiyi müstəqilliklə bağlı referendumla əlaqədardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR