Yol polisindən uşaqlarla bağlı ailə və məktəblərə müraciət

Yol polisindən uşaqlarla bağlı ailə və məktəblərə müraciət
07:22 20 Oktyabr 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri üzrə azyaşlı uşaqların iştirakı ilə 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 4 uşaq ölüb, 40 nəfəri isə yaralanıb".

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə hadisələrin, o cümlədən ölən və xəsarət alanların sayı azalıb: "Ötən il 58 hadisə, 12 ölüm, 48 xəsarət faktı qeydə alınmışdı. Lakin bu müsbət tendensiyaya baxmayaraq, hətta 4 uşağın ölməsi və 40-nın yaralanması da bizi çox məyus edir. Uşaqların ölümü bütün hallarda ürəkdağlayıcıdır. Ona görə də bu sahədə tədbirlərimizi davam etdirməliyik. Eyni zamanda, ailələrdə, həmçinin, məktəblərdə uşaqların yol hərəkəti qaydalarına əməl etmələrinə, xüsusən yolu keçərkən ehtiyatlı olmalarına maksimum diqqət ayrılmalıdır. Həmçinin, sürücülər də avtomobildə uşaqların təhlükəsiz daşınması üçün qaydalara tam riayət etməlidirlər".



Bölmə rəisi sözlərini aşağıdakı statistika ilə əsaslandırıb:

"Hesabat dövründə məktəbəqədər yaşlı, yəni 7 yaşınadək uşaqların iştirakı ilə 10 hadisə qeydə alınıb.  Nəticədə 3 uşaq ölüb, 8-i xəsarət alıb. Məktəb yaşlı, yəni 7-16 yaşlı uşaqların iştirakı ilə isə 32 hadisə baş verib ki, nəticədə 1 ölüm, 32 xəsarət faktı qeydə alınıb".

Qeyd edək ki, 2017-ci ilin 9 ayı ərzində Bakıda 450 yol qəzası baş verib, nəticədə 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/591773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR