“Kərbəla səqqası” kimdir?

“Kərbəla səqqası” kimdir?
23:17 21 Oktyabr 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərsiyələrdə rast gəlinən "Kərbəla səqqası" kimdir və bu sözün mənası nədir?

Səqqa ərəb dilində su paylayan, su verən, su satan deməkdir. Qədim zamanlarda şəhərlərdə səqqalar su tuluqları ilə gəzib camaata içməli su satardılar.

Milli.Az islam.az-a istinadən bildirir ki, klassik ədəbiyyatda rast gəlinən "saqi"sözü də eyni kökdəndir. Kərbəla səqqası İmam Hüseynin (ə) şücaətli qardaşı Həzrət Abbasın ləqəbidir. O, Kərbəlada İmam Hüseynin (ə) tərəfdarları mühasirədə ikən bir neçə dəfə Fərat çayından su gətirməyə cəhd etmişdi. Aşura günü də qadın və uşaqlara su gətirmək üçün yola düşmüş, amma Yezidin əsgərləri tərəfindən faciəvi şəkildə şəhid edilmişdi. Əhli-beytə su gətirməyə cəhd etdiyinə görə bədii ədəbiyyatda ona "Kərbəla səqqası" deyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR