Türkiyədə mədən çökdü

Türkiyənin Zonquldağ əyalətində özəl mədəndə tavanın çökməsi nəticəsində bir nəfər xəsarət alıb.

Metbuat.az bildirir ki, hadisə axşam saatlarında qeydə alınıb. Xəsarət alan 38 yaşlı Raci Akbaba xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu söylənilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR