Aviaqəzadan sağ çıxan "Chapecoense"nin qapıçısı evləndi - FOTO

Aviaqəzadan sağ çıxan "Chapecoense"nin qapıçısı evləndi - FOTO
02:32 23 Oktyabr 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Chapecoense" klubunun sabiq qapıçısı Cekson Folmann faciədən 11 ay sonra evlənib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun toyunda aviqəzadan sağ çıxan 2 futbolçu - Alan Ruşel və Neto da iştirak edib. Qəzada ayaqlarını itirən Folmann mərasimi 2016-cı il 16 dekabra planlaşdırsa da, məlum səbəbdən toy təxirə salınmışdı.

2016-cı il 29 noyabrda "Chapecoense" futbolçuları daxil olmaqla 77 nəfəri daşıyan təyyarə Kolumbiyanın Medelyin şəhəri yaxınlığında qəzaya uğramış və cəmi 6 nəfərin həyatı xilas olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR