Üç qadın kamikadze özünü partlatdı - 13 nəfər öldü

Üç qadın kamikadze özünü partlatdı - 13 nəfər öldü
06:29 23 Oktyabr 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

Nigeriyanın şimal-şərqində, Mayduquri şəhərində üç qadın kamikadze özünü partladıb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 13 nəfər ölüb, 16 nəfər yaralanıb.

 

Məlumata əsasən, Borno ştatının paytaxtında ilk partlayış restoranlardan birinin qarşısında törədilib. Bundan dərhal sonra qadın kamikadzelərdən daha ikisi üzərilərində olan partlayıcı qurğuları işə salıb.

 

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən “Boko Haram” qruplaşması hökumətin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. 2015-ci ildə "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR