Kilian Mbappe “Qızıl oğlan” mükafatına layiq görülüb

Kilian Mbappe “Qızıl oğlan” mükafatına layiq görülüb
11:57 23 Oktyabr 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına layiq görülüb.
“Report” xəbər verir ki, 21 yaşlı forvard İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa namizəd həmyerlisi Usman Dembele (“Barselona”, İspaniya) və braziliyalı Qabriel Xesusu (“Mançester Siti”, İngiltərə) qabaqlayıb.
Qeyd edək ki, fransalı oyunçu ötən mövsüm “Monako”nun heyətində 44 rəsmi matça çıxıb və 26 qol, 14 məhsuldar ötürmə müəllifi olub. Kilian Mbappe bu yay 180 milyon avro qarşılığında transfer olunduğu PSJ-də 11 görüşdə 4 dəfə fərqlənib və eyni sayda qol ötürməsi edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kilian-mbappe-qizil-oglan-mukafatina-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR