Prezident “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib
13:42 23 Oktyabr 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Polis haqqında” qanuna Milli Məclisin etdiyi dəyişikliyi təsdiqləyib.
“Report”un xəbərinə görə, qanunun 33-cü (Polis əməkdaşının məsuliyyəti) maddəsinə dəyişiklik edilib.
Maddəyə əsasən, polis əməkdaşı xidmət apararkən hüquqa zidd hərəkət etdikdə, xidmət və icra intizamını pozduqda, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir.
Bu maddədən “ləyaqətsiz” sözü çıxarılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/prezident-polis-haqqinda-qanuna-deyisikliyi-tesdiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR