SOCAR-ın Təlim Mərkəzində audit keçirilib

SOCAR-ın Təlim Mərkəzində audit keçirilib
16:57 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində Böyük Britaniyanın Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET) kursunun tədrisinin icra vəziyyəti ilə əlaqədar monitorinq auditi keçirilib.
“Report” şirkətə istinadən xəbər verir ki, tədris prosesi tam müşahidə olunub, hovuz-təlim kompleksinin infrastrukturuna və qurğularına baxış keçirilib, dərs planlarının və təlim ləvazimatlarının BOSIET standartına uyğunluğu yoxlanılıb. Təlim kursunun sənədləşdirilməsi, dinləyicilərin qeydiyyatının aparılması, standartlara dair siyasət, təlim kursunun idarəetmə və qiymətləndirmə prosedurları təhlil edilib. Audit zamanı sözügedən təlim mərkəzində cari ilin yanvar-oktyabr aylarında SOCAR-ın 329 nəfər işçisinin BOSIET kursuna cəlb olunduğu bildirilib, 2018-ci ildə 450-500 nəfər dinləyicinin bu kursda iştirakının proqnozlaşdırıldığı barədə məlumat verilib. Auditorun bəzi qeydləri və tövsiyələri növbəti il ərzində tətbiq edilməsi üçün nəzərə alınıb. 
Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi 3 beynəlxalq təlim kursu - “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET), “Batmaqda olan helikopteri tərketmə üzrə təlim” (HUET) və “Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim” (FOET) kurslarının tədrisi sahəsində OPITO tərəfindən akkreditasiya edilib.



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-telim-merkezinde-audit-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR