“Everton”un baş məşqçisi Ronald Kuman istefaya göndərilib

“Everton”un baş məşqçisi Ronald Kuman istefaya göndərilib
17:17 23 Oktyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ İngiltərənin “Everton” komandasının baş məşqçisi Ronald Kuman istefaya göndərilib. “Report” xəbər verir ki, 54 yaşlı hollandiyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postundan uzaqlaşdırılıb.
“Everton”un oktyabrın 22-də Premyer Liqanın IX turu çərçivəsində evdə “Arsenal”a 2:5 hesabı ilə uduzması klub rəhbərliyini radikal qərara sövq edib.
Kuman 2016-cı ilin iyununda “Everton”la 3 illik müqavilə bağlamışdı.
Qeyd edək ki, “Everton” bu yay transferlərə 142 milyon funt sterlinq xərcləsə də, komanda hazırda 8 xalla 18-ci pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/everton-un-bas-mesqcisi-ronald-kuman-istefaya-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR