UEFA üç klubu cəzalandırdı

UEFA üç klubu cəzalandırdı
18:57 23 Oktyabr 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında çıxış edən üç klubu cəzalandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın Nizam İntizam Komitəsi PSJ, "Seltik" və "Bazel"lə bağlı qərarını açıqlayıb. 

Qrup mərhələsinin I turunda PSJ-yə 0:5 hesabı ilə uduzan "Seltik" 10 min avro ödəməli olacaq. Bu cərimə meydana kənar şəxslərin daxil olması üzündən verilib. Kresloları sındırmaqda günahkar bilinən Fransa klubu isə şotlandiyalılardan iki dəfə az - 5 min avro ziyana düşüb.
 
"Mançester Yunayted"lə ilk turun görüşündə pirotexniki vasitələrdən yararlanan "Bazel" fanatları da komandalarını xərcə salıb. Öz meydanında 0:3 hesabı ilə uduzan isveçrəlilər 12 min avro ödəməlidi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR