Amerikalılar Trampın fəaliyyətindən narazıdır

Amerikalılar Trampın fəaliyyətindən narazıdır
07:28 24 Oktyabr 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın reytinqi rekord səviyyədə minimuma enib.

Hazırda amerikalıların 58 faizi Trampın fəaliyyətindən narazıdır. Sorğuda iştirak edən respondentlərin 42%-i Trampa qarşı impiçment prosedurunun başlanmasının lehinə səs verib. Bir çoxları Trampın miqrasiya və beynəlxalq münasibətlər üzrə mövqeyini tənqid edir.

Bununla belə, sorğuda iştirak edənlərin 50%-i prezidentin iqtisadiyyat və terrorçuluqla mübarizə sahəsində siyasətini dəstəkləyib.

Qeyd edək ki, sentyabrda ABŞ liderinin reytinqinin 2% artdığı bildirilirdi. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR