Polis bölməsinə silahlı və bombalı hücum: ölən və yaralananlar var

Polis bölməsinə silahlı və bombalı hücum: ölən və yaralananlar var
10:23 24 Oktyabr 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin cənubunda yerləşən Abyan bölgəsindəki polis bölməsinə silahlı hücum təşkil edilib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 4 polis ölüb, 9-u yaralanıb.

Polis bölməsinə öncə bombalı avtomobillə hücum edilib, daha sonra silahlı şəxslər basqın həyata keçirib.

Qarşıdurma zamanı qarşı tərəfdən 3 nəfər öldürülüb. Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin basqının Əl Qaidə terror təşkilatı tərəfindən təşkil edildiyi ehtimal edilir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR