"Bitcoin" hesabları əngəlləndi

Genişmiqyaslı “Altcoin” birjası olan “Bittrex” istifadəçilərinin hesablarını bağlamağa başlayıb.

Metbuat.az bildirir ki, ötən gün bir neçə istifadəçinin hesabından 1 milyon dollar silinib. Digər istifadəçilərin hesabları isə əngəllənib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verə "ETI - eTicarət İcması"nın təsisçisi Rəşad Camal bildirib ki, “Bittrex” məsələni həll edəcək:

““Bittrex”də hesabı olanlar “Bitcoin”lərini çəkə bilmir. Mənim də hesabım əngəllənib. Rəhbərlik istifadəçilərinə “Twitter” vasitəsilə cavab yazır. Problemin həll olunacağını bildirirlər. Əminəm ki, məsələni həll edəcək. Sadəcə gözləməliyik”.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Bitcoin" UCUZLAŞDI - Son qiymət - OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR