Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya BMT-nin Suriyada kimyəvi silahlardan istifadə edilib-edilməməsi ilə bağlı araşdırma aparan missiyasının mandatının uzadılması ilə bağlı qətnaməni veto edib.
"Report" "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermə zamanı 11 ölkə sənədin lehinə, Rusiya və Boliviya əleyhinə səs veriblər, Çin və Qazaxıstan isə bitərəf qalıb.