Kriminal avtoritet, "qanuni oğru" kimi tanınan Nadir Səlifov ("Lotu Quli") əslində kimdir?
Metbuat.az xəbər verir ki, o, 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli” isə onun ləqəbidir. Gürcü dilində ürək deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.
“Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.
“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar bu davada “Quli”ni dəstəkləyir.
“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o, həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb.
Vəkillərindən birinin “Quli”yə istinadən dediyi bir cümlə də maraqlıdır: “Məni azad etsinlər, Azərbaycanda 1 saat belə qalmaram…”
Qeyd edək ki, bir neçə gün öncə Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan qaçan Əli Ağami və “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir.
Sərdar Məmmədov / Metbuat.az
Paltaryuyanınız yaxşı işləmirsə, bunları edin - VİDEO - Oxumaq üçün tıkla